İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ceyms Appaturay: NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir

Ceyms Appaturay: NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir

17.02.2016

NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

Onun sözlərinə görə, NATO Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə birbaşa cəlb olunmayıb: "Lakin mövqemiz ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun səylərini və münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik".

C.Appaturay qeyd edib ki, NATO qoşunların təmas xəttində vəziyyətin gərginliyindən narahatdır: "Biz münaqişə tərəflərini sülh tənzimlənməsi istiqamətində işləməyə çağırırıq. NATO-nun iki üzv ölkəsi həm də ATƏT-in Minsk qrupunun üzvləridir. Təşkilatın rəsmi mövqeyi ATƏT-in Minsk qrupunu və münaqişənin sülh nizamlanmasını dəstəkləməkdən ibarətdir"