İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Çilili jurnalist Xocalı soyqırımından yazdı: "Damarlarımda qanım donur..."

Çilili jurnalist Xocalı soyqırımından yazdı:

17.02.2016

Tanınmış çilili jurnalist Markos Borkoskinin “Cambio21” xəbərlər portalının internet səhifəsində Xocalı soyqırımı haqqında “24 il əvvəl Azərbaycanda törədilmiş qətliam. Dünya heç vaxt Xocalı adlı şəhəri unutmamalıdır” başlıqlı yeni məqaləsi dərc edilib.

Azərbaycanın Çili Respublikasındakı diplomatik missiyasından Trend-ə verilən məlumata görə, məqalədə müəllif müvəqqəti işlər vəkili Orxan Hacıyevlə apardığı söhbət nəticəsində Azərbaycanın Xocalı adlı şəhərində dinc və günahsız əhaliyə qarşı qətliamın törədilməsi haqqında ötən həftəki yazısına istinad edərək, çoxsaylı oxucu və ayrı-ayrı insanların müraciətlərinin baş vermiş soyqırım haqqında əlavə məlumatın əldə edilməsi məqsədilə yeni araşdırmalar aparılmasına vadar etdiyini bildirib.

O, qeyd edib ki, hazırda Çilidə yay fəslidir və bir çox insanların oxumaq imkanı daha genişdir: "Hesab edirəm ki, jurnalistin vəzifəsi baş vermiş hadisə haqqında dünya ictimaiyyətinə məlumat verməklə yanaşı, bu kimi qətliamların gələcəkdə baş verməməsi üçün öz töhfəsini verməkdən ibarətdir. Bəlkə də baş verəcək. Allaha dua edirəm ki, baş verməsin, amma insanlar öz səhvlərindən nəticə çıxarmır, çünki əks təqdirdə Xocalıda baş vermiş bu dəhşətli hadisə yaşanmazdır”.

M.Borkoski 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 613 nəfər dinc sakinin soyuqqanlılıqla qətlə yetirildiyini bir daha diqqətə çatdıraraq, qətliamın çox uzaqda, dünyanın başqa yerində baş verməklə az sarsıdıcı və urəkyandırıcı olmadığını ifadə edib.

Daha sonra jurnalist vurğulayıb ki, qətliam qınanmalıdır: "İkiqat qınanmalıdır, o halda ki, onun qurbanları qadınlar və uşaqlardır və ondan daha çox qınanmalıdır ki, həmin qətl hadisələri işgəncə və digər vəhşiliklərlə müşahidə olunur. İnternetdə uşaq, hələ körpə uşaqların bədənlərinin şəkillərini gördüm və sizə səmimi söyləyim ki, onlara baxa bilmədən üzümü kənara çevirdim. Damarlarımda qanım donur təsəvvür edəndə ki, həmin körpələrin ölmədən əvvəl gördükləri nə olub”.

Diqqətə çatdırılıb ki, dünyanın bir çox ölkələrinin qanunvericlik orqanları tərəfindən Xocalıda baş verənləri pisləyən qətnamə layihələri qəbul edilib.

Müəllif öz yazısında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımı ilə əlaqədar ifadə etdiyi “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözlərinə də yer ayırıb.

“Xocalı sakinlərinə qarşı edilən hücumun səbəbi nə olursa-olsun, onların heç birinə bəraət qazandırmaq olmaz. Yüzlərcə insanların, onların arasında yaşlılar, qadınlar və uşaqların qətlə yetirilməsinə heç vaxt heç bir bəraət gətirilə bilməz. Dünyanın bu tayında, Çilidə hazırda yay mövsümünün bitməsinə son bir neçə həftə qalır. Bir çoxları yenidən öz müntəzəm iş yerlərinə qayıdacaq. Uşaqlar məktəblərə dönəcək. Lakin yaxşıdır ki, hazırda bu məqaləni oxuyanlar biləcək və yadda saxlayacaqlar ki, dünyanın o tayında, çox uzaqda 63 nəfər azərbaycanlı uşaq qətlə yetirilib və onlar heç vaxt öz məktəblərinə dönə bilməyəcək. Onların həyatı o anda sona çatdı. Lakin bunu, hər bir azərbaycanlı etdiyi kimi, sizə yada saldıqda, həmin uşaqlar, qadınlar və yaşlılar, ən azı, yaddaşlarda yaşayacaq. Bütün dünya bunu unutmamalıdır”.