İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Hərbi Prokurorluq: Xocalı soyqırımını törədən 39 nəfər axtarışa verilib

Hərbi Prokurorluq: Xocalı soyqırımını törədən 39 nəfər axtarışa verilib

18.02.2016

Trend:

“İndiyə qədər Xocalıda soyqırım törədənlərdən 39 nəfərin cinayət məhsuliyyətinə cəlb edilməsi üçün məhkəmələr tərəfindən barələrində həbs qətimkan tədbiri seçilib, axtarışa veriliblər”.

Trend-in məlumatına görə, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Rauf Məmmədov Milli Məclisdə keçirilən “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə deyib.

R.Məmmədov bildirib ki, bundan başqa, həmin cinayətləri törətməkdə şübhəli bilinən 231 nəfərin tam anket məlumatlarının və onların gizləndiyi yerlərin müəyyən edilməsi məqsədilə istintaq-əməliyyat tədbirləri davam etdirilir: “1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda törədilən vəhşiliklərlə bağlı cinayət işi 1992-ci il fevral ayının 27-də o vaxt mövcud olan Qarabağ rayonlararası prokurorluğu tərəfindən başladılıb. Həmin cinayət işinin istintaqı ilə bağlı 2002-ci il dekabrın 18-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin birgə istintaq-əməliyyat qrupu yaradılıb”.

R.Məmmədov deyib ki, bütün cinayət işləri bir icraatda birləşdirilib: “2005-ci ilin may ayında həmin cinayət işinin istintaqının nəzarəti Respublika Hərbi Prokurorluğuna həvalə edildikdən sonra həmin ilin iyul ayında cinayət işləri sülh və insanlıq əleyhinə və müharibə cinayətlərinə tövsif edilərək hazırda Respublika Hərbi Prokurorluğunda xüsusi istintaq şöbəsində istintaq edilir”.