İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Həsənov BQXK-dan Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz yaxınları ilə canlı əlaqəsinin təmin edilməsini istəyib

Əli Həsənov BQXK-dan Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz yaxınları ilə canlı əlaqəsinin təmin edilməsini istəyib

19.02.2016

Fevralın 18-də baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Elena Silvia Marisa Ajmone Sessera və sabiq rəhbəri Deniz Duranı qəbul edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, E. Sesseranı bu təyinatı münasibətilə təbrik edən Ə. Həsənov bu təyinatın Azərbaycanla Beynəlxalq Qızıl Xaç Komitəsi arasındakı əlaqələrin inkişafında önəm daşıyacağına əminliyini vurğulayıb.

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul etdiyini xatırladan Ə. HəsənovDağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin heç bir nəticəsi olmadığına diqqət çəkib. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir. Bu vəziyyətin bütövlükdə region üçün təhlükəli olduğunu vurğulayan Ə. Həsənov deyib ki,  münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, ATƏT-in Minsk Qrupunda təmsil olunan dünyanın aparıcı dövlətləri Azərbaycanın ərazi bütövlüyünü təmin etməli, regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar.

Görüşdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcərrayonunda öz doğma yurdlarını və ata-analarının məzarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülmüş, sonra isə separatçıDağlıq Qarabağ rejiminin “məhkəmə”sinin qərarı ilə barələrində “hökm” çıxarılmış azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə və onların bugünkü durumları ilə bağlı fikir mübadiləsi aparılıb. Ə. Həsənov işğalçı ölkənin bu barədə tutduğu mövqeni beynəlxalq hüquq normalarına saymazlıq, onları kobud şəkildə pozmaq və ciddi özbaşınalıq kimi dəyərləndirib. Ə. Həsənov eyni zamanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz yaxınları ilə telefon və Skype vasitəsilə canlı əlaqənin yaradılmasını bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb, bu məsələnin Cenevrədə təşkilatın prezidenti Peter Maurer ilə müzakirə etdiyini söyləyib. Baş nazirin müavini bunun tezliklə həyata keçirilməsini tələb edib.

E. Sessera Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirib, təşkilatın ölkədəki fəaliyyətlərinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.