İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İƏT Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətindəki təşəbbüslərini dəstəkləyir

İƏT Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətindəki təşəbbüslərini dəstəkləyir

19.02.2016

“İslam Əməkdaşlıq Təşkilatının baş katibliyi Azərbaycan Respublikasının öz ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi istiqamətindəki təşəbbüs və səylərini tam dəstəkləyir.”

APA-nın xəbərinə görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı yaydığı məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, Xocalı faciəsi Ermənistanın Azərbaycan ərazilərinin işğalı nəticəsində baş verib:

“Azərbaycanın Xocalı şəhərində baş vermiş qətliamın 24-cü ildönümü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Ameen Mədəni 1992-ci ilin 26 fevral gecəsi həyatını itirənlərin xatirəsini yad edir.  Baş katib 2015-ci ilin mayında İƏT Xarici İşlər Nazirləri Şurasının Küveytdə keçirilən 42-ci sessiyasında qətliamın pislənməsi ilə bağlı qətnaməsini xatırladaraq diqqətə çatdırır ki, Xocalı faciəsi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində baş verib. Baş katiblik Azərbaycan Respublikasının öz ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi istiqamətindəki təşəbbüs və səylərinə tam dəstəyini ifadə edir”, - deyə məlumatda qeyd edilir.