İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN rəhbəri: "Regionda sülhə ən başlıca təhlükə Qarabağ münaqişəsinin həll olunmamasıdır”

Azərbaycan XİN rəhbəri:

19.02.2016

Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşündən sonra KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Tiflis bəyannaməsində onu imzalayan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək bir daha ifadə olunub. 

Nazir qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi regionda sülh və təhlükəsizlik üçün ən başlıca təhlükədir.

E. Məmmədyarov Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyinin bəlli olduğunu bildirib: "Təəssüflər olsun ki, Ermənistan tərəfi yenə də özünün ilhaqçı və işğalçı siyasətini həyata keçirir. Ermənistanın bu siyasətini davam etdirməsi və mövcud “status-kvo”nun saxlanılması istiqamətindəki səyləri münaqişənin həllində irəliləyişin əldə olunmasına imkan vermir"

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə jurnalistlərə açıqlamasında Gürcüstan və Türkiyə XİN rəhbərlərinin Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib: "Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi Tiflis bəyannaməsində də əks olunub. Bəyannamədə bildirilib ki, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşılmalı və dövlətlərin sərhədləri güc tətbiq edilməklə dəyişdirilə bilməz".