İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İndoneziya parlamentinin sədr müavini: “Ermənistanın təcavüzkar hərəkətləri beynəlxalq aləm tərəfindən araşdırılmalıdır”

İndoneziya parlamentinin sədr müavini: “Ermənistanın təcavüzkar hərəkətləri beynəlxalq aləm tərəfindən araşdırılmalıdır”

20.02.2016

Mən təklif etmişəm ki, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüzkar hərəkətlər, pis rəftar beynəlxalq aləm tərəfindən araşdırılsın və bütün dünyaya çatdırılsın.

Bunu Gün.Az-a Bakıda səfərdə olan İndoneziya parlamentinin Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahi deyib.

Onun sözlərinə görə, İndoneziya hökuməti Bakıya Xocalıda baş vermiş hadisələri araşdımaq üçün insan haqları üzrə komissiya göndərmişdi:

“Həmin komissiya araşdırma aparıb indoneziyalılara məlumat verəcək. Xocalıda bir qırğın olub, bunu  genosid də adlandırmaq olar. Amma bu kütləvi qırğını sübut etmək üçün əlimizdə yetərincə məlumat olmalıdır”.

O, bildirib ki, İndoneziya  Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir bütün beynəlxalq təşkilatlarda Azərbaycanı müdafiə edir.