İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabı fransız dilində çap edilib

“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabı fransız dilində çap edilib

22.02.2016

“TEAS Press” Nəşriyyatında “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a war crime – Armenia in the Dock”) kitabı fransız dilində çap edilib.

“TEAS Press”dən APA-ya bildirilib ki, kitab ilk dəfə 2014-cü ildə Londonun “İTHACA PRESS” nəşriyyatında ingilis dilində (tərtibçilər: İen Peart, Fiona Maklaxlan) və 2015-ci ildə isə Sankt-Peterburqun “Vestnik” Nəşriyyatında rus dilində işıq üzü görüb. “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı,Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kitaba müqəddimə yazıb.

Bu kampaniya çərçivəsində işıq üzü görən kitab 1992-ci il 26 fevral Xocalıhadisələrini ilkin mənbələrə əsasən, sənədləşdirilən və Qərbdə ingilis dilində işıq üzü görən ilk nəşrdir. Bu nəşr Xocalı qətliamından sağ çıxan insanlardan Qərb müəllifləri tərəfindən müsahibə yolu ilə alınmış şahid ifadələrinin ilk toplusudur.

Kitabda Qərb və Rusiya mediasında Xocalı hadisəsi ilə əlaqədar çap olunmuş məqalələr, həmçinin elmi araşdırmalar yer alıb. Xocalıqətliamına dair beynəlxalq insan hüquqları təşkilatlarının (Memorial və Human Rights Watch/Helsinki) hesabatları topluda tam şəkildə çap olunub.

Xarici foto müxbirlərin (Viktoriya İvleva, Frederik Lenqaiqn, David Brauxli, Klaus Reysinger, Lin Heng Shing və George de Kerl) lentə aldıqları nadir foto şəkillər də kitabda xüsusi yer tutur.

Topluya beynəlxalq mediadan (“The Washington Post”, “Le Monde”, “The Times”, “Trud”, “Komsomolsskaya pravda” və s.) daxil edilmiş materiallar və foto şəkillər Avropa Azərbaycan Cəmiyyəti tərəfindən eksklüziv anlaşma nəticəsində əldə edilib və ilk dəfədir ki, işıq üzü görür.

“Khojaly Witness of a war crime – Armenia in the Dock” (Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) kitabı Xocalıqətliamına dair obyektiv vəziyyəti əks etdirən bir hesabat olub, beynəlxalq ictimaiyyyəti onun haqqında hərtərəfli şəkildə məlumatlandıran nadir nəşrlərdən biridir.