İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İşçi Qrupu: Ermənistan 6 mindən çox Azərbaycan vətəndaşını əsir və girov götürüb

İşçi Qrupu: Ermənistan 6 mindən çox Azərbaycan vətəndaşını əsir və girov götürüb

24.02.2016

“Aparılan araşdırmalar nəticəsində 6000-dən artıq Azərbaycan vətəndaşının Ermənistan tərəfindən əsir və girov götürüldüyü müəyyənləşib”.

APA-nın xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, indiyədək 1435 nəfər Azərbaycan vətəndaşı əsir və girovluqdan azad edilib: “Hazırda 3860 nəfər Azərbaycan vətəndaşı əsir və girovluqdadır. Bunlardan 3162-si hərbçi, 698 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 60 nəfər yetkinlik yaşına çatmayan, 249 nəfər qadın, 303 nəfər isə yaşlıdır”.
 
E. Səmədov əlavə edib ki, 68 nəfər Azərbaycan vətəndaşı böyük pul müqabilində əsirlikdən azad olunub: “Əsirlikdə saxlanılan Azərbaycan vətəndaşlarının hədə-qorxu, şantaj yolu ilə Ermənistan xüsusi-xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməsi faktları da mövcuddur”.
 
İşçi qrup rəhbərinin müavini bildirib ki, 9 azərbaycanlı hərbi əsir iradəsinin əksinə olaraq, üçüncü ölkəyə göndərilib.