İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Əhmədov: “Rusiyanın Ermənistana silah satması ikili standart və sabitliyin pozulması cəhdidir”

Əli Əhmədov: “Rusiyanın Ermənistana silah satması ikili standart və sabitliyin pozulması cəhdidir”

25.02.2016

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Rusiyanın Ermənistana ağır hərbi texnika və silah satmasını ikili standart, bölgədə sabitliyin pozulmasına cəhd kimi qiymətləndirib.  

APA-nın məlumatına görə, Ə. Əhmədov bildirib ki, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi faktı bir çox beynəlxalq qurumlar tərəfindən də təsdiq etdiyi halda, işğalçı dövlətə silah-sursatın satılması Cənubi Qafqazda sabitliyin pozulması, gərginliyin artması istiqamətində əlavə addımlar deməkdir.

Ə. Əhmədov onu da deyib ki, bəzi hallarda silah-sursat Ermənistana Rusiya tərəfindən çox ucuz qiymətə satılır: “Əlbəttə, onların bu barədə həmişə bəhanələri olur. Ermənistanın Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının üzvü olmasını bəhanə gətirirlər. Bəhanəni həmişə tapmaq olar. Biz bunu pisləyir və ikili standartların bariz forması sayırıq. Əgər belə bir hal davam edəcəksə, o zaman Cənubi Qafqazda sabitliyin bərpası üçün daha böyük səylər göstərilməsinə ehtiyac yaranacaq”.