İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Rusiya Ermənistanın aldığı silahların istifadəsi barədə Bakıya məlumat verməyə hazırdır

XİN: Rusiya Ermənistanın aldığı silahların istifadəsi barədə Bakıya məlumat verməyə hazırdır

25.02.2016

Trend:

"Rusiya tərəfindən Ermənistana və dost Azərbaycana istənilən silah tədarükü regionda sabit vəziyyətin saxlanılmasının vacibliyi nəzərə alınmaqla dəqiq həyata keçirilir".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Trend-in Ermənistana silah satışı ilə bağlı Azərbaycanın Rusiyaya nota verməsi barədə sorğusunu cavablandırarkən deyib.

Onun sözlərinə görə, ümumilikdə Rusiya silah tədarükü məsələlərində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hər zaman riayət edir, RF qanunvericiliyində möhkəmləndirilmiş milli ixrac nəzarət sisteminin sərt çərçivələri üzrə hərəkət edir. Sonuncu yekun istifadəçinin sertifikatının formalaşdırılmasını nəzərdə tutur.

Ermənistan mətbuatının "Rusiya XİN Azərbaycanın notasını iki suveren dövlətin işlərinə qarışmaq cəhdi hesab edirmi" sualına isə M.Zaxarova mənfi cavab verib və əlavə edib ki, istənilən qonşu ölkənin qanuni hüququ var ki, bir-birinə yaxın ölkələrin hansı mövqedən çıxış etmələri barədə maraqlansın və hərbi-texniki əməkdaşlıq məsələsi də şəffaf olmalıdır: "Buna görə də biz hər zaman Azərbaycan tərəfinə diplomatik kanallar vasitəsilə bütün zəruri məlumatları təqdim edirik".

Qeyd edək ki, Rusiya XİN-ə Azərbaycanın bu ölkəyə verdiyi notanın əsli hələ daxil olmayıb.