İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Aİ Xocalıda insanlığa qarşı törədilmiş dəhşətli hadisələrdən təəssüflənir

Aİ Xocalıda insanlığa qarşı törədilmiş dəhşətli hadisələrdən təəssüflənir

26.02.2016

Trend:

Avropa İttifaqının (Aİ) Avropa Xarici Siyasət Xidmətinin "Şərq Tərəfdaşlığı" ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubel Xocalı soyqırımı ilə bağlı Benilüks Azərbaycanlılar Konqresinin (BAK) sədri Sahil Qasımova cavab məktubu göndərib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məktubda Xocalıda baş vermiş hadisələrin tanıdılması ilə bağlı keçirilən tədbirlərə görə Avropa İttifaqı adından minnətdarlıq ifadə olunub. O cümlədən Aİ-nin 1992-1993-cü illərdə Dağlıq Qarabağda insanlığa və insan haqlarına qarşı törədilmiş dəhşətli hadisələrdən təəssüfləndiyi qeyd olunub. “Bu faciədən əziyyət çəkən şəxslərlə bağlı öz narahatlığımı bölüşür, cinayət və zorakılığa məruz qalmış bütün insanlara acıyıram”, - deyə məktubda bildirilir.

Cavab məktubunda, həmçinin Avropa İttifaqının ATƏT-in Minsk qrupunun fəaliyyətini və Dağlıq Qarabağ münagişəsinin dinc yolla həllini dəstəklədiyi diqqətə çatdırılır. Aİ-nin Azərbaycana və ölkədə münaqişədən zərər çəkmiş, evlərindən didərgin düşmüş insanlara humanitar yardım edəcəyi də qeyd olunub.

Qeyd edək ki, fevralın 12-də Benilüks Azərbaycanlılar Konqresi Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerə Xocalıda baş vermiş soyqırıma hüquqi qiymət verilməsi ilə bağlı məktub ünvanlamışdı.