İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bahar Muradova: "Azərbaycanlı və erməni icmaları arasında görüşə Ermənistan mane olur"

Bahar Muradova:

27.02.2016

"Azərbaycan Dağlıq Qarabağmünaqişəsi ilə bağlı vətəndaş cəmiyyəti üzvlərinin görüşünün tərəfdarıdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın ATƏT Parlament Assableyasında (PA) nümayəndə heyətinin rəhbəriBahar Muradova isveçli məruzəçi Marqareta SederfeldinATƏT PA-nın iclasındakı çıxışında vətəndaş cəmiyyəti üzvlərinin görüşünün vacibliyi ilə bağlı qeydinə münasibət bildirərkən deyib.

“Lakin Ermənistan tərəfi bununla bağlı təxribatçı çıxışlar edir. İrəvan yaxşı bilir ki, icmalar arasında görüşə mane olan tərəf məhz özüdür”, - deyə B. Muradova qeyd edib.