İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ərdoğan: "Xocalı qətliamı bütün bəşəriyyətin dərs çıxarmalı olduğu hadisədir”

Ərdoğan:

27.02.2016

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı açıqlama verib. 
 
APA-nın İHA-ya istinadən verdiyi məlumata görə, Ərdoğan bildirib ki, Ermənistan qoşunlarının 1992-ci ilin 26 fevralında Dağlıq Qarabağ bölgəsindəki Xocalışəhərinə təşkil etdiyi hücumda 613 Azərbaycan vətəndaşı, o cümlədən, uşaq, qadın, qoca amansızcasına qətlə yetirilib: “Türkiyə olaraqXocalıdakı bu qeyri-insani qırğının acısını hər zaman ürəyimizdə hiss edir, azərbaycanlı qardaşlarımızın ağrılarını bölüşürük. Xocalı qətliamı bütün bəşəriyyətin dərs çıxarmalı olduğu hadisədir”.  
 
Ərdoğan əlavə edib ki, beynəlxalq aləmdən bu faciəyə lazımı diqqət və həssaslıq gözləyir: “Azərbaycan torpaqlarının 1/5-i hələ də Ermənistanın işğalı altındadır. Bir milyondan çox azərbaycanlı qardaşımız yurd-yuvasından didərgin düşüb. Bir daha təkrar edirik ki, Ermənistan 25 ilə yaxın bir müddətdə işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Hər zaman olduğu kimi, bundan sonra da bu haqq işində azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. Xocalı qətliamında həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə Türkiyə prezidenti qeyd edib.