İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən anım konserti keçirilib

Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən anım konserti keçirilib

27.02.2016

Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Londonda Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı iləXocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən ənənəvi anım konserti keçirilib.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, tədnbirdəHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Anım konsertinin tamaşaçıları arasında rəsmi şəxslər, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, ictimaiyyətin nümayəndələri, Londonda yaşayan həmvətənlərimiz və müxtəlif universitetlərdən tələbələr olublar.

Konsertdən əvvəl çıxış edən TEAS-ın direktoru Lionel Zetter Xocalısoyqırımı haqqında məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən L.Zetter ədalətin tezliklə bərpa ediləcəyinə inandığını deyib.

Sonra Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. O, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. TEAS-ın sədri Xocalıfaciəsi zamanı yüzlərlə əliyalın soydaşımıza divan tutulduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti haqqında məlumat verən Tale Heydərov kampaniya çərçivəsində Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən uğurlu işlərdən də bəhs edib.

Anım konsertində azərbaycanlı musiqiçilər Səbinə Rakçeyeva, Nəzrin Rəşidova (skripka), Rafiq Rüstəmov (tar), Günel Mirzəyeva, Ayan Salahova (pianino), Camal Əliyev (çello), Selcan Nəsibli (soprano), həmçinin Aleksander Cermanoviç (piano) və “Deco” ansamblının ifasında Fikrət Əmirovun, Qara Qarayevin, Vasif Adgözəlovun, G.Perqolesinin, J.Massenetinin repertuarından Azərbaycan və Qərb klassik musiqiləri səsləndirilib.