İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Mogerini: “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqiliyini dəstəkləyir”

Mogerini: “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqiliyini dəstəkləyir”

29.02.2016

“Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqiliyini dəstəkləyir”.

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O, “status-kvo”nun qəbuledilməz olduğunu deyib: “Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq. Bu münaqişənin həlli bizim üçün prioritet olaraq qalır. Biz həmsədrlərə dəstək olmağa hazırıq. Aİ sülh danışıqlarının aparılmasına tərəfdardır və münaqişənin hərbi yolla həllini görmürük. Çalışmalıyıq ki, hər iki tərəfi sülh prosesinə mane olan çıxışlardan, hərəkətlərdən çəkindirək. Aİ sülhə yönəlmiş fəaliyyətlərə dəstək verəcək. Bu sahədə xüsusi elçimiz olan Helbert Salberlə işə təkan verəcəyik. Münaqişə tərəflərinin yaxınlaşması üçün əlimizdən gələni edəcəyik”.