İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN rəhbəri: “Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş” olduğuna inanmırıq”

Azərbaycan XİN rəhbəri: “Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş” olduğuna inanmırıq”

29.02.2016

“Azərbaycan Avropa İttifaqına strateji əməkdaşlıq sazişi layihəsini təqdim edib. Bununla bağlı müzakirələr aparmışıq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, görüşdə saziş layihəsi ilə bağlı işin başlanğıcı üçün atılacaq addımlar barədə danışılıb: “Tərəflər arasında energetika sahəsində əməkdaşlıq genişləndirilir. 2019-cu ildə Azərbaycandan təbii qaz Avropa bazarına çıxarılacaq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın və beynəlxalq təşkilatların qətnamələri barədə məlumat vermişik. Azərbaycan istəyir ki, bu münaqişə tezliklə həll olunsun. İnanmırıq ki, bu münaqişə “dondurulmuş” münaqişədir. Avropa İttifaqı da Minsk qrupu ilə birlikdə təkan verməlidir ki, münaqişəni yerindən tərpədək”.