İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənilərin işğal altındakı Sərsəng su anbarından normadan artıq su buraxması fəsadlara səbəb olub

Ermənilərin işğal altındakı Sərsəng su anbarından normadan artıq su buraxması fəsadlara səbəb olub

01.03.2016

Bərdənin Əyricə kəndində körpü uçub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, körpünün uçmasına səbəb Tərtərçay çayında suyun artması olub.

Tərtərçay Hidroqovşağı İdarəsindən bildirilib ki, erməni tərəfi işğal altında saxladığı Sərsəng su anbarından çaya normadan artıq su buraxıb. Çayda suyun səviyyəsinin qalxması Tərtərçay çayının və aran Qarabağ bölgəsində 20 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edən “Xan Arx” su kanalının lil və çınqılla dolmasına səbəb olub.

Hazırda sel-sularının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür.

Çay suyunun qalxması Bərdənin Əyricə kəndi ərazisində yeni bərpa olunan körpüdə tikinti işlərini də ləngidib.