İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Virtual Qarabağ Tarixi muzeyi layihəsi haqqında Xəzər Universitetinin tələbələri arasında müzakirələr keçirilmişdir

Virtual Qarabağ Tarixi muzeyi layihəsi haqqında Xəzər Universitetinin tələbələri arasında müzakirələr keçirilmişdir

01.04.2014

Martın 30-da Xəzər Universitetində “Virtual Qarabağ” İKT Mərkəzinin növbəti layihəsi olan Virtual Qarabağ Tarixi muzeyi layihəsinin tarixçi tələbələr arasında müzakirəsi keçirilmişdir. Xatırladaq ki, layihənin dəstəkçiləri arasında Milli Azərbaycan Tarixi Muzeyi və Xəsər Universiteti də vardır.

Layihənin müzakirəsi zamanı Xəzər Universiteti adından Tarix və Arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, Roza Arazova və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarından Orxan Zamanov, Şahin Səlimbəyov və layihənin rəhbəri Səbuhi Hüseynov çıxış etmişlər.

Müzakirələrdə Xəzər Universitetinin tələbələrinin bir qrupuna ümumilikdə, "Virtual muzey" anlayışı, virtual muzeylərin dünyada inkişaf tendensiyası, yeni texnologoyalarla mədəni irsin təbliği mövzusunda məlumatlar verimiş və layihədə gələcəkdə əks olunacaq məlumatlar müzakirə edilmişdir.