İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin Bakı Kompüter Kollecində təqdimatı olmuşdur

“Virtual Qarabağ”  İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin Bakı Kompüter Kollecində təqdimatı olmuşdur

13.04.2014

Təqdimat zamanı çıxış edən Bakı Kompüter Kollecinin direktoru İradə Səfərova belə təqdimatların gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rolu olduğunu və virtualkarabakh.az saytının üstünlüklərindən razı olduqlarını qeyd etmişdir. Daha sonra “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin   koordinatoru Nurəddin Mehdiyev mərkəz haqqında və cari ildə görüləcək layihələr haqqında məlumat vermişdir.

Eyni zamanda təqdimatda Bakı Kompüter Kollecinin tərbiyə işləri üzrə direktor müavini Gülnarə Həsənova, ictimai təşkilatları koordinatoru Şakir Mikayılov, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov və kollec fəalları iştirak etmişlər. Təqdimatda “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi və Bakı Kompüter Kolleci arasında əməkdaşlıq haqqda razılıq əldə olunmuş və kollec tələbələrindən Virtual Qarabağ könüllüləri formalaşdırılması qərara alınmışdır.

Sonda mərkəzin əməkdaşları www.virtualkarabakh.az saytının geniş təqdimatını keçirmişlər və mərkəzin istehsalı olan filmlər nümayiş etdirilmişdir.

Məqaləyə dair fotomateriallar: