İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ABŞ-ın Havay Ştat Senatı ermənipərəst qətnamələri rədd edib

ABŞ-ın Havay Ştat Senatı ermənipərəst qətnamələri rədd edib

12.03.2016

Trend:

ABŞ-ın Havay Ştat Senatı erməni lobbisinin təhriki ilə gündəliyə gətirilən anti-Azərbaycan xarakterli iki qətnaməni rədd edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, 2016-cı ilin 10 mart tarixində Ştat Senatında irəli sürülmüş bu qətnamələr qəbul olunacağı təqdirdə, Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qondarma “dqr”i “müstəqil dövlət” kimi tanıyacaq və onun “müstəqilliyinin güclənməsi” üçün ABŞ-ın Federal Hökumətinə və ABŞ Konqresinə çağırış edəcəkdi.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu bu barədə məlumat əldə etdikdən dərhal sonra Havay Senatının rəhbərliyi, qətnamələrin müəllifləri və digər senatorlar ilə əlaqə saxlamış, bütün qanunvericilərə rəsmi məktublar ünvanlayıb, Ermənistanın Azərbaycan torpaqlarını işğalı, həmçinin, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı aydın mövqeyi barədə onları məlumatlandırıb.

Bunun nəticəsində, Ştat Senatının rəhbərliyi 11 mart tarixində rəsmi bəyanat verərək, Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə edib və Havay Ştat Senatının bu qətnamələri qəbul etməyəcəyini diqqətə çatdırıb.

Rəsmi bəyanatın verilməsindən sonra, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Havay Ştat Senatının rəhbərliyi ilə yenidən əlaqə saxlayaraq, belə prinsipiallığa və ədalətli mövqeyə görə onlara təşəkkür edib.