İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Çexiya Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edə bilər

Çexiya Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edə bilər

14.03.2016

Trend:

Çexiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tətəfdarıdır.

Trend-in məlumatına görə, bunu Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Yan Xamaçek jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu münaqişə Azərbaycanın ərazi bütövlüyünə təsir göstərir: "Biz münaqişə ilə bağlı BMT tərəfindən və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən bütün qətnamələrə hörmətlə yanaşırıq. Əgər xahiş olunarsa, Cex Respublikası münaqişənin həll olunmasında iştirak etməyə hazırdır".