İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Baş nazir: "Ermənistan Dağlıq Qarabağ probleminin həllindən yayınır, beynəlxalq qurumlar isə ədalətsiz mövqe tutur"

Baş nazir:

15.06.2016

Baş nazir: "Ermənistan Dağlıq Qarabağ probleminin həllindən yayınır, beynəlxalq qurumlar isə ədalətsiz mövqe tutur" 

"Ermənistan tərəfi vaxtı uzadaraq Dağlıq Qarabağprobleminin həllindən yayınır, beynəlxalq qurumlar isə ədalətsiz mövqe tutur".  

APA-nın məlumatına görə, bunu Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti üzrə hesabatı təqdim edən baş nazirArtur Rasizadə deyib.

Baş nazir bildirib ki, bütün bunlar nəzərə alınaraq, ötən il ordunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində ciddi işlər görülüb: “Son zamanlar işğalçı tərəfin təxribat xarakterli hücumlarına verilən layiqli cavablar da bunu bir daha sübut edir”.

A. Rasizadə bildirib ki, ötən il 1500 zabit mənzillə təmin edilib, Silahlı Qüvvələrə Yardım Fonduna müxtəlif mənbələrdən 70 mln. manatdan çox vəsait daxil olub.

Baş nazir əlavə edib ki, ötən il ümumilikdə Silahlı Qüvvələrə 3,3 mlrd. manat vəsait xərclənib.