İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Müdafiə Nazirliyi: Silahlı Qüvvələrimizin silah və texnikası hətta Ermənistandakı obyekti məhv etməyə yetər

Müdafiə Nazirliyi: Silahlı Qüvvələrimizin silah və texnikası hətta Ermənistandakı obyekti məhv etməyə yetər

17.03.2016

Azərbaycan Müdafiə Nazirliyi “Voenno-promışlennıy kuryer” saytında dərc edilmiş Siyasi və Hərbi Analiz İnstitunun direktor müavini Aleksandr Xramçixinin Azərbaycana dair məqaləsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, yazını oxuyarkən müəllifin baş verən proseslərdən bixəbər olduğu aydın görünür: "Məqalədə sadalanan faktlar və rəqəmlər artıq köhnədir. Azərbaycan qısa bir dövrdə arsenalda olan silah və texnikanın ən müasir, yüksək dəqiqliyə və dağıdıcı gücə malik olanları ilə yenilənməsi işini həyata keçirib və bu proses artan templə davam edir. Müəllifin mülahizələri çox vaxt yersizdir, indiki vəziyyəti, regiondakı prosesləri real əks etdirmir".

Qeyd olunub ki, Azərbaycan işğalçı, separatçı cinayətkarlardan ibarət qurumla mübarizə aparmağa yetərincə gücə, qüdrətə malikdir: "İşğalçı Ermənistan ilə aktiv hərbi əməliyyatlara başlamamasının yeganə səbəbi isə dövlətimizin yürütdüyü sülsevər siyasət və beynəlxalq qanunlara hörmətlə yanaşmasıdır. Əks təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan silah və texnikanın gücü nəinki Dağlıq Qarabağda olan işğalçı erməni birləşmələrini darmadağın etməyə, hətta Ermənistan ərazisindəki istənilən obyekti məhv etməyə yetər".