İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Xüsusi nümayəndə: Aİ və Azərbaycan arasında yeni sazişdə Dağlıq Qarabağ münaqişəsi əksini tapacaq

Xüsusi nümayəndə: Aİ və Azərbaycan arasında yeni sazişdə Dağlıq Qarabağ münaqişəsi əksini tapacaq

17.03.2016

Trend:

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında strateji saziş üzrə danışıqların əsas mərhələsi cari ilin yayında başa çatacaq. Bunu Trend-ə müsahibəsində Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber deyib.

Onun sözlərinə görə, ikitərəfli tərəfdaşlıq üzrə yeni saziş Aİ-Azərbaycan əməkdaşlığının bütün aspektlərini əhatə edəcək, bundan başqa, sənəddə Dağlıq Qarabağ münaqişəsi də öz əksini tapacaq: "Yeni ikitərəfli saziş üzrə formal danışıqları başlamaq üçün Avropa İttifaqı iştirakçı ölkələrin icazəsini almalıdır ki, bu da mütləq ilkin şərtdir".

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana başa çatmış səfərini müsbət qiymətləndirib: "Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə, XİN rəhbəri Elmar Məmmədyarovla görüşlər keçirdim. Biz ikitərəfli əməkdaşlığın tam spektrini, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə etdik, Aİ-nin nümayəndəsi Federika Moqerininin Azərbaycana səfəri zamanı əldə edilmiş razılaşmaların detallarını dəqiqləşdirdik".

H.Selber qeyd edib ki, Aİ və Azərbaycan arasında münasibətlərin yaxşı inkişaf perspektivləri var, bu yaxınlarda Federika Moqerininin Azərbaycana səfəri tərəflərin ikitərəfli əməkdaşlığa sadiqliyini təsdiq etdi.

Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Aİ-nin xüsusi nümayəndəsi bildirib ki, münaqişənin nizamlanmasına yalnız bu prosesdə hər iki tərəfin iştirakı ilə nail olmaq mümkündür: "Beynəlxalq ictimaiyyət münaqişənin tənzimlənməsi üzrə təkliflər irəli sürə bilər, lakin seçimi münaqişə tərəfləri etməlidir. Münaqişənin həlli üzrə danışıqlar 20 ildən artıqdır davam edir, onun nizamlanması ilə bağlı bir çox yollar təklif edilib və məsələ tərəflərin seçimindədir".

no comment