İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Nazir: "Moskva Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda, Rusiya silahlarının Qarabağda olmasında heç bir məntiq yoxdur"

Nazir:

18.09.2016

ATƏT Minsk Qrupunun həmsədri qismində çıxış edir.  Digər tərəfdən isə,  hər bir dövlət lazım bildiyi ölkəyə silah tədarük etmək hüququ var,  biz bunu qəbul edirik.  Rusiyaya bir müddət əvvəl təqdim olunan notada xahiş olunub ki, Rusiya  Ermənistana silahları tədarük edərkən nəzərə almalıdır ki, həmin silah-sursatların Azərbaycanın işğal olunmuş ərazilərinə ötürülməsinə yol verilməməlidir”. APA-nın məlumatına görə, bunu Azərbaycan XİN rəhbəri Elmar MəmmədyarovRusiyanın “Kommersant” nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, bu tip tədarüklərdə “sonuncu istifadəçi” qaydası var: “Sonuncu  istifadəçi Ermənistan olacağı təqdirdə məsələ Moskva və İrəvan arasında ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxmazdı. Lakin, silahlar Azərbaycanın işğal olunmuş ərazilərində peyda olduqda, bu artıq tam başqa məsələyə çevrilir”.    

Azərbaycan XİN rəhbərinin sözlərinə görə, Moskva Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda, Rusiya silahlarının Qarabağda olmasında heç bir məntiq yoxdur: “Rusiya XİN-də təqdim etdiyimiz notanın  tonunun düzgün qəbul edildiyi  Moskvanın sonrakı bəyanatlarından bəlli oldu”.