İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Zakir Həsənov: “Təmas xəttində gərginliyin artmasında Ermənistanın kriminal hərbi-siyasi rejimi günahkardır”

Zakir Həsənov: “Təmas xəttində gərginliyin artmasında Ermənistanın kriminal hərbi-siyasi rejimi günahkardır”

18.03.2016

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxlerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin tənzimlənməsi istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib. 

“Ermənistanın cinayətkar, terrorçu rəhbərliyi dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı dövlət siyasəti səviyyəsində həyata keçirib. Bu gün də qoşunların təmas xəttində gərginliyin artmasında Ermənistanın kriminal hərbi-siyasi rejimi bilavasitə günahkardır. Münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində, Azərbaycanın dövlət sərhədləri daxilində həllinin yeganə yolu dünya ictimaiyyətinin birgə fəaliyyəti ilə işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılmasıdır. Silahlı Qüvvələrimiz ərazi bütövlüyümüzün bərpa edilməsinə hazırdır və bu şərəfli vəzifəni yerinə yetirmək üçün kifayət qədər gücə və qüvvəyə malikdir”, - deyə nazir qeyd edib.

Ətraflı məlumata görə minnətdarlığını ifadə edən G. Baxler hazırdaATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniyanın prioritetləri haqqında danışıb, regional sülhə və sabitliyə təhlükə olan Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət ayrıldığını bildirib.

Görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.