İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Ermənistan özünütəcrid, dərin siyasi, iqtisadi və demoqrafik böhran şəraitindədir

XİN: Ermənistan özünütəcrid, dərin siyasi, iqtisadi və demoqrafik böhran şəraitindədir

22.03.2016

Trend:

Ermənistan özünütəcrid, dərin siyasi, iqtisadi və demoqrafik böhran şəraitindədir. Bunu Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın fikirlərini şərh edərkən deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü siyasət tamamilə məntiqəzidd xarakter daşıyaraq, sivil və etik davranış qaydalarından kənardır: "Hərbi diktatura və səhra komandiri təfəkkürünə əsaslanan bu cür əməllər bütün region üçün təhlükə mənbəyidir. Rəsmi Yerevanın hərbi diktatura rejiminin militarist siyasətinin daha bir nəticəsidir ki, Ermənistan bu gün özünü-təcrid, dərin siyasi, iqtisadi və demoqrafik böhran şəraitindədir".

XİN rəsmisi əlavə edib ki, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistan tərəfinin atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam etməsi və digər təxribatçı əməllər törətməsi rəsmi Yerevan rejiminin əsl mahiyyətinin növbəti sübutudur: "Bunların müqabilində Ermənistan rəsmilərinin atəşkəs rejimi, regional əməkdaşlıq və münaqişənin həlli barədə söylədikləri fikirlər yalnız gülüş və ikrah doğurur".