İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

MN: Ciddi itkilər verən ermənilərin uydurmalarını qəti surətdə rədd edirik

MN: Ciddi itkilər verən ermənilərin uydurmalarını qəti surətdə rədd edirik

26.03.2016

Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində guya erməni mülki əhaliyə xəsarət yetirilməsi barədə erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil. Canlı hərbi qüvvə və döyüş texnikası sarıdan itki verən ermənilərin bu uydurmasını qəti surətdə rədd edirik.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən bildirilib.

Nazirlik bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri yalnız düşmən mövqelərini, səngərlərini, hərbi məqsədli obyektləri, nəqliyyat vasitələrini və kommunukasiya xətlərini hədəfdə saxlayır: "Hər dəfə Ermənistanın hərbi-siyasi rejiminin nümayəndələrinin cəbhəyə səfərlərindən sonra bütün təmas xətti boyu gərginliyin artması müşahidə edilir və bu süni şəkildə vəziyyəti kəskinləşdirmək məqsədi daşıyır".

Qeyd edək ki, Ermənistan KİV-i Azərbaycan Silahlı Qüvvələrinin guya mülki vətəndaşa atəş açaraq yaraladığı barədə məlumat yayıb.