İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Peskov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səylər göstərir

Peskov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səylər göstərir

26.03.2016

“Rusiya  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olmaq üçün ardıcıl şəkildə səylər göstərir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

“Qarabağ məsələsinə gəlincə, əlbəttə, bu cür münaqişələrdə hər-hansı tərəfin sərt mövqe barədə, xüsusən də, gücdən istifadə edilməklə kömək etməyə hazır olması barədə bəyanatlar verməsi, heç cür irəliləyişə şərait yaratmır”, - deyə Peskov bildirib.      

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vəziyyət hələlik irəliləyişlə xarakterizə olunmur. Rusiya prosesdə, asta da olsa, irəliləməyə nail olunması üçün qrupla birgə (Minsk Qrupu-red.)  ardıcıl şəkildə səylər göstərir. Hələlik  öyünməyə heç bir əsas yoxdur, lakin yeganə çıxış yolu “beşliyin” həm İrəvan, həm də Bakı üçün əlverişli şərait yaratmasıdır”, - deyə o əlavə edib.