İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dövlət Departamenti: ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Dövlət Departamenti: ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

01.04.2016

ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Trend-in məlumatına görə, bu fikir Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin mətbuat katibi Con Kirbinin Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ dövlət katibi Con Kerrinin görüşünün nəticələrinə dair yaydığı bəyanatda qeyd edilib.

Dövlət Departamentinin rəsmi saytında yer alan bəyanatda C.Kirbi bildirir ki, görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səyləri müzakirə ediblər. Dövlət katibi ABŞ-ın qoşunların təmas xəttində atəşkəsin pozulması ilə bağlı narahatlığını ifadə edib. O, rəsmi Vaşinqtonun münaqişənin BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və Helsinki Yekun Aktına uyğun həlli üçün tərəflər ilə birgə işləməyə sadiq qaldığını qeyd edib.

Dövlət Departamentinin mətbuat katibi C.Kirbi deyib ki, Con Kerri ABŞ-ın Azərbaycanın regionda ticarət mərkəzinə çevrilmək istiqamətində göstərdiyi səyləri dəstəklədiyini vurğulayıb. O, Prezident İlham Əliyevə Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına verdiyi töhfəyə, o cümlədən sülhməramlı əməliyyatlarda və terrorizmə qarşı mübarizədə oynadığı rola görə minnətdarlığını bildirib.

Bəyanatda vurğulanır ki, dövlət katibi ABŞ-ın Azərbaycanda demokratiya və insan haqları məsələsində atılan müsbət addımları yüksək qiymətləndirdiyini qeyd edib.

Mətbuat katibi, həmçinin bildirib ki, görüşdə bir sıra ikitərəfli və regional məsələlər müzakirə edilib, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində lider olan Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu xüsusi vurğulanıb.