İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiya Dövlət Dumasının deputatı: "Dağlıq Qarabağ münaqişəsi Ermənistanın özünü çox geriyə atıb"

Rusiya Dövlət Dumasının deputatı:

29.05.2014

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə həll olunmasında daha fəal olmalıdır. Qarabağ münaqişəsi çox kəskindir və bunun həllini sonraya saxlamaq olmaz". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Dövlət Dumasının deputatı, Dumanın maliyyə bazarı komitəsinin sədr müavini Dmitri Savelyev bu gün "Parlamentskaya qazeta"nın mətbuat mərkəzində keçirilən "Yeni Azərbaycan: uğurlar, çağırışlar, perpektivlər" adlı dəyirmi masada çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda həll olunmalıdır: "Bu münaqişə Ermənistanın özünü çox geriyə atıb. Ermənistan hakimiyyəti ya bunu görmür, ya da görmək istəmir. Bu konfliktə görə Ermənistanda həyatın bütün sahələri böyük ziyan görür. 

Hər kəsə məlumdur ki, Azərbaycan hansı templə inkişaf edir. Ermənistan da Azərbaycanın bu inkişafından bəhrələnə bilər. Lakin Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanı inkişafdan kənarda qoyub.  Azərbaycanla münaqişənin tənzimlənməsi Ermənistanda iqtisadiyyatın dirçəlməsinə, sosial sahənin inkişafına ciddi təkan verə bilər", deyə Dmitri Savelyev bildirib.