İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Vyanada görüşəcək

ATƏT-in Minsk Qrupunun həmsədrləri Vyanada görüşəcək

02.04.2016

ATƏT-in Minsk Qrupu gələn həftə Vyanada iclas keçirəcək.  

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

Toplantıda Dağlıq Qarabağmünaqişəsi zonasında vəziyyətin gərginləşməsi müzakirə olunacaq. "Təmas xəttində gərginliyin davam etməsi və ATƏT-in münaqişənin həllində rolu nəzərə alınmaqla, gələn həftə müntəzəm məsləhətləşmələr çərçivəsində Dağlıq Qarabağ üzrə həmsədr ölkələr "üçlüyü" (Rusiya, ABŞ, Fransa) toplaşacaq. Onlar Minsk Qrupu üzvlərinə yaranmış vəziyyət və həmsədrlərin bu həlli uzanan münaqişənin tezliklə həlli istiqamətində sonrakı addımları barədə məlumat verəcəklər", - deyə agentliyin həmsöhbəti bildirib.