İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiyanın müdafiə naziri azərbaycanlı və ermənistanlı həmkarları ilə danışıqlar aparıb

Rusiyanın müdafiə naziri azərbaycanlı və ermənistanlı həmkarları ilə danışıqlar aparıb

02.04.2016

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri Seyran Ohanyan və Azərbaycanın müdafiə naziri Zakir Həsənov ilə təcili telefon danışığı aparıb.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqlar zamanı Dağlıq Qarabağbölgəsində vəziyyətin gərginləşməsi müzakirə olunub.

"Danışıqlar zamanı münaqişə zonasında vəziyyətin stabilləşdirilməsi istiqamətində atılacaq təxirəsalınmaz addımlar müzakirə olunub", - deyə Rusiyanın Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumatda o da bildirilir ki, bu region daim Rusiya Müdafiə Nazirliyinin diqqət mərkəzindədir.