İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Böyük Britaniya parlamentinin deputatı: “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda maneədir”

Böyük Britaniya parlamentinin deputatı: “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda maneədir”

01.06.2014 

Lord Kilkluney: “Çünki ABŞ, Rusiya və Fransa Azərbaycana opponentlik edir”

“Böyük Britaniya hökuməti Azərbaycan və Böyük Britaniya arasında ticarət məsələləri ilə məşğul olmaq üçün xüsusi nümayəndə təyin edib, bu da irəliləyə doğru atılan müsbət addımdır”.

APA-nın məlumatına görə, bunu Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Lord Kilkluney deyib.

Lord Kilkluney bildirib ki, Böyük Britaniya Azərbaycana ən böyük investisiya yatıran ölkədir: “Ancaq biz bununla kifayətlənmirik, investisiya qoyuluşunu daha da artırmaq istəyirik. Yalnız enerji sahəsində deyil, o cümlədən bank sektoru, səhiyyə və digər sahələrdə də əməkdaşlığı genişləndirmək niyyətindəyik. Çünki Azərbaycan gözəl və inkişaf edən ölkədir”.

Azərbaycan və Böyük Britaniya parlamentləri arasında münasibətlərə toxunan Lord Kilkluney qeyd edib ki, iki ölkənin parlamentləri arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur: “Eyni zamanda Avropa Azərbaycan Cəmiyyəti Böyük Britaniyada Azərbaycanla bağlı ciddi təbliğat işləri aparır”.

ATƏT-in Minsk Qrupunun fəaliyyətinə toxunan Lord Kilkluney hesab edir ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda maneədir: “Çünki Minsk Qrupuna ABŞ, Rusiya və Fransa nəzarət edir. Bu üç ölkə isə Azərbaycana opponentlik edir. Odur ki, münaqişə 20 ildir, həllini tapa bilmir”.

Münaqişənin həlli ilə bağlı hansısa yeni formatın zəruriliyinə gəlincə, Lord Kilkluney bildirib ki, hələlik bu barədə konkret fikir bildirmək çətindir, bunun üçün zamana ehtiyac var.