İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

AŞPA Azərbaycanın birtərəfli atəşin dayandırılması haqqında qərarını alqışlayıb

AŞPA Azərbaycanın birtərəfli atəşin dayandırılması haqqında qərarını alqışlayıb

04.04.2016

Trend:

Dağlıq Qarabağda zorakılıq halları və insanların ölümü ilə bağlı məlumatlar məni çox kədərləndirib. Trend-in məlumatına görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramuntun bəyanatında deyilir. Bəyanat AŞ PA-nın saytında yerləşdirilib.

Aqramunt tərəfləri atəşkəsə riayət etməyə, sülh danışıqlarını bərpa etməyə çağırıb.

AŞPA Azərbaycanın birtərəfli atəşin dayandırılması haqqında qərarını alqışlayıb.

"Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qoşunlarını işğal altında olan Azərbaycan torpaqlarından çıxarmalıdır", bəyanatda deyilir.