İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Serj Sarkisyan: “Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil”

Serj Sarkisyan: “Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil”

02.06.2014

Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil və Qarabağ problemi Gömrük İttifaqında həll olunmur. 

APA-nın məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan hakim partiyanın gənclər təşkilatının qurultayında deyib.

Qazaxıstan prezidentinin Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan prezidentinin məktubunu oxuyarkən səsləndirdiyi fikirlərə münasibət bildirən S.Sarkisyan Ermənistanın Gömrük İttifaqındakı üzvlüyünə hər hansı maneələrin olmadığını bildirib:

“Kim deyib ki, biz Gömrük İttifaqına Dağlıq Qarabağla birlikdə qəbul olunacağıq? Belə bir şey olmayıb və ola da bilməzdi. Çünki ən azı qanunvericiliyimizə və baxışlarımıza əsasən, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil. Gömrük İttifaqındakı üzvlüyün Dağlıq Qarabağ probleminin həllinə təsir gücünə gəldikdə isə, bu, birmənalıdır. Əlbəttə ki, Nursultan Nazarbayevin səsləndirdiyi fikirlər xoş olmayıb. Lakin bu, bizə hansısa zərər verə bilməz”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Qazaxıstan prezidenti Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın Avrasiya İttifaqına BMT-nin tanıdığı sərhədləri çərçivəsində qoşula biləcəyini bəyan edib.