İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Didye Burkhalter: “Mövcud status-kvo davam edə bilməz”

Didye Burkhalter: “Mövcud status-kvo davam edə bilməz”

04.06.2014

“Münaqişəni hərbi yolla həll etmək olmaz. Bu, yalnız vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq”.

APA-nın “aysor.am” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti Didye Burkhalterlə keçirdiyi birgə brifinqdə deyib. O bildirib ki, münaqişənin həlli yolları axtarılarkən “Dağlıq Qarabağ xalqı”nın mövqeyi və istəkləri nəzərə alınmalıdır.  

D.Burkhalter isə bəyan edib ki, mövcud status-kvo davam edə bilməz: “Biz addım-addım sülhə doğru hərəkət etməliyik”. O, Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərini Parisdə görüş keçirməyə dəvət etməsini alqışlayıb: “Konseptual məsələlərin müzakirə oluna biləcəyi bu görüş razılıq əldə olunmasına aparıb çıxaracaq yeni bir mərhələnin başlanğıcı ola bilər”.

D.Burkhalter qeyd edib ki, tərəflər istəyərsə, İsveçrə bu məsələdə maddi və ekspert yardımı göstərməyə hazırdır.