İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Həsənov: Azərbaycan işğal altındakı torpaqlarını qısa müddətdə azad etmək imkanına malikdir (VİDEO)

Əli Həsənov: Azərbaycan işğal altındakı torpaqlarını qısa müddətdə azad etmək imkanına malikdir (VİDEO)

05.04.2016

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətlə bağlı Türkiyənin “TRT World” telekanalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, Əli Həsənov müsahibəsində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etdiyini vurğulayıb. Ancaq Ermənistan bu qətnamələrə əməl etmir, Azərbaycana qarşı təxribatlar törədir və baş verənlərdə Azərbaycanı suçlayır. Aprelin 2-də Ermənistan yenə də təxribat törətdi və layiqli cavabını aldı. Ermənistan bilməli idi ki, biz daha bu təxribatlara dözməyəcəyik.

Prezidentin köməkçisi deyib ki, biz BMT Təhlükəsizlik Şurasının qərarlarına, Minsk qrupunun çağırışlarına həmişə hörmətlə yanaşmışıq. Lakin bu qurumlar onlara hörmətsizlik edən Ermənistana heç bir təzyiq göstərmirlər. Məhz Ermənistanın işğala son qoymasına məcbur edilməməsi və ona qarşı təzyiqin göstərilməməsi nəticəsində ermənilər 20 ildən artıqdır ki, status-kvonu saxlayırlar və bizim bir milyondan artıq vətəndaşımız qaçqın-köçkün vəziyyətindədir. Azərbaycan qısa müddət ərzində torpaqlarını işğaldan azad etmək imkanına malikdir. Amma biz qan tökülməsini istəmirik. Biz münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq ictimaiyyətlə birgə çalışırıq. Lakin əgər ermənilər bunu anlamırlarsa, Azərbaycan torpaqlarını istənilən yolla azad edəcək.

AZƏRTAC