İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənilər Tərtəri yenidən atəşə tutdu, rayonda atışma gedir

Ermənilər Tərtəri yenidən atəşə tutdu, rayonda atışma gedir

06.04.2016

Trend:

Erməni silahlı birləşmələri Tərtər rayonunu yenidən atəşə tutub.

Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, tərəflər arasında dünən günorta saatlarında hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə ediləndən sonra rayonun ərazisindəki təmas xəttində bir müddət nisbi sakitlik olub: "Azərbaycan tərəfi razılığa tam əməl etsə də, bu gecə saat 03 radələrində ermənilər bir neçə istiqamətdən Tərtərin təmas xəttindəki kəndlərini avtomat və pulemyotlardan atəşə tutub. Atışma hələ də davam edir. Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavabını verir. Azərbaycan tərəfindən itki yoxdur".