İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ərdoğan: “Rusiya Qarabağ münaqişəsində tərəfdir”

Ərdoğan: “Rusiya Qarabağ münaqişəsində tərəfdir”

06.04.2016

Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan RusiyanınDağlıq Qarabağ məsələsində tərəf olduğunu bildirib.

APA-nın xəbərinə görə, R. T. Ərdoğan bunu Ankarada 23-cü muxtarlar (yerli idarəçilər) toplantısında çıxışında deyib. O, Türkiyənin Dağlıq Qarabağmünaqişəsinin tərəfi olduğuna, Azərbaycanı müharibəyə təhrik etdiyinə dair Rusiyada səslənən ittihamlara cavab verib: “Əgər Azərbaycan və Ermənistan arasındakı münaqişədə tərəf aranacaqsa, ən önəmli tərəf Rusiyadır. Rusiya tərəf olmağı sevir. Ukraynadakı münaqişədə tərəf olub. Gürcüstanda tərəf olub. İndi də Suriyada tərəfdir. Rusiya “Suriya bizi çağırdı, ona görə getdik” deyir. Məni aldada bilməzsən. Niyə zalımın yanında yer alırsan? Məzlumun yanında yer al”.  

R. T. Ərdoğan ümid etdiyini bildirib ki, Azərbaycanın atdığı addımları Ermənistan da atacaq: “Yaranmış duruma görə Ermənistan günahkardır”.