İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsində status-kvonu uzun müddət ərzində saxlamaq olmaz

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsində status-kvonu uzun müddət ərzində saxlamaq olmaz

07.04.2016

Trend:

Dağlıq Qarabağ münaqişəsində status-kvonu uzun müddət ərzində saxlamaq olmaz.

Trend-in məlumatına görə, bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov rusiyalı və iranlı həmkarları ilə üçtərəfli görüşün yekunu üzrə mətbuat konfransında deyib.

E.Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi məsələsi Rusiya və İranla da müzakirə olunub: "Konkret təkliflər var, biz ideya və düşüncələrimizi bölüşdük. Bunu tez həll etmək lazımdır, çünki insanlar ölür. Münaqişənin həllilə birbaşa məşğul olmaq lazımdır və hərbçilər kazarmalara qayıtmalıdır".