İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Lavrov: Dağlıq Qarabağ üzrə razılaşmanın bütün komponentləri artıq mövcuddur

Lavrov: Dağlıq Qarabağ üzrə razılaşmanın bütün komponentləri artıq mövcuddur

07.04.2016

Biz Dağlıq Qarabağ münaqişəsinin həlinin tapılması məsələsində rahatlaşmamalıyıq və Rusiya nizamlanma üzrə təşəbbüslərini irəlilətmək üçün hər şey edəcək. Biz bu günkü danışıqlardan razıyıq.

Trend-in məlumatına görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı və iranlı həmkarları ilə üçtərəfli görüşün yekunu üzrə brifinqdə deyib.

O qeyd edib ki, Rusiya sülh barədə razılaşmanın əldə edilməsini məmnunluqla qarşılayıb.

S.Lavrovun sözlərinə görə, Moskva və tərəflər arasında təmaslar bütün səviyyələrdə həyata keçirilib: "Biz dostlarımıza kömək etməyə çalışdıq və ümid edirik ki, atəşkəs rejimi qorunacaq. Vəziyyət təmas xəttində etimad tədbirlərinin görülməsini tələb edir".

Bakıda üç ölkənin XİN rəhbərinin görüşünə toxunan S.Lavrov əlavə edib ki, görüşdə regionda təhlükəsizliyin, narkotik trafiki ilə mübarizənin əlaqələndirilməsi məsələlərinə diqqət ayrılıb.

O diqqətə çatdırıb ki, Dağlıq Qarabağ üzrə razılaşmanın bütün komponentləri artıq masa üzərindədir və yalnız formulları tapmaq qalıb: "Biz artıq yaxınıq. Bu münaqişənin nizamlanmasında digərlərindən daha çox maraqlıyıq".