İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Maksim Şevçenko: Ermənistanı qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmağa inandırmaq üçün Rusiyanın təsir imkanları var

Maksim Şevçenko: Ermənistanı qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmağa inandırmaq üçün Rusiyanın təsir imkanları var

07.04.2016

Ermənistanı qoşunlarını Azərbaycanın işğal edilmiş regionlarından çıxarmağa inandırmaq üçün Rusiyanın təsir imkanları var. Bunu Trend-ə tanınmış rusiyalı aparıcı və Rusiya İctimai Palatasının keçmiş üzvü Maksim Şevçenko deyib.

O bildirib: "Ermənistanı qoşunlarını çıxartmağa məcbur edə bilmərik. Kim suveren dövləti məcbur edə bilər ki? Lakin düşünürəm ki, Rusiya və İranın dinləniləcək bəzi arqumentləri Ermənistana təqdim etmək üçün resursları var".

Ekspert qeyd edib: "Ermənistan bəyan edir ki, Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın 7 rayonunu işğal etməyə davam edir, çünki onlar bufer təhlükəsizlik zonasıdır. Aydındır ki, qoşunların həmin rayonlardan çıxarılması baş verərsə, Rusiya tərəfindən təhlükəsizlik təminatı olarsa, Ermənistan bu addıma gedəcək".

M.Şevçenko əlavə edib: "Şübhəsiz ki, həmin rayonlar Azərbaycanın tam nəzarətinə keçməlidir. Ola bilsin, Azərbaycan öz tərəfindən həmin rayonlarda demilitarazasiya edilmiş zonanın yaradılmasına gedəcək".

Ekspert əlavə edib ki, təhlükəsizliyin təminatı üçün hansısa sülhməramlı qüvvələr, müşahidəçilər cəlb edilə bilər.