İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Baş nazir: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır

Baş nazir: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır

08.09.2016

Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır. Trend-in məlumatına görə, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

Rusiyalı Baş nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak etdiyini vurğulayıb.

D.Medvedev bildirib: "Mən özüm də vaxtilə buna xeyli səy göstərdim və qeyd etmək istərdim ki, bütün bunlar boşuna getmədi, itmədi. Hər halda şübhə etməyə bilərsiniz ki, Rusiya Federasiyası bunun üçün bizdən asılı olan hər şeyi edəcək".

Baş nazir əlavə edib ki, səfər zamanı həmçinin Azərbaycan və Rusiya arasında müzakirə ediləcək bir çox müxtəlif birgə layihələr var.