İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

MN: Azərbaycana məxsus PUA-nın Xankəndində vurulması cəfəngiyyatdır

MN: Azərbaycana məxsus PUA-nın Xankəndində vurulması cəfəngiyyatdır

08.04.2016

Trend:

Bu gün bir sıra erməni KİV-lərində Azərbaycana məxsus PUA-nın ermənilər tərəfindən vurulması barədə məlumatlar yayılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, bu barədə erməni KİV-ləri dezinformasiyalar yaymaqla məşğuldur. Məlumatda deyilir ki, Ermənistan mətbuatının guya Xankəndi şəhəri üzərində Azərbaycana məxsus PUA-nın vurulması məsələsinə dair sorğuya Müdafiə Nazirliyi mətbuat xidmətindən cavab olaraq bildiriblər ki, artıq düşmən tərəf o qədər qorxu və səksəkə içindədir ki, hər yerdə özünə qarşı bir təhlükə olacağını hiss edir.

Bundan əvvəl Azərbaycanın xüsusi təyinatlıları, döyüş təyyarələri və digər vasitələrini dörd bir yanda görən ermənilər indi də pilotsuz uçuş aparatlarımızın xəyali ərazilərdə uçuşları barədə vahimə saçan bəyanatlar verirlər.

Hər hansı beynəlxalq nümayəndə heyəti Xankəndinə gələndə erməni tərəfi istisna deyil ki, məhz bu cür fırıldağa əl ataraq istifadəyə yararsız, "vurduqları" PUA-nın guya Azərbaycana məxsusluğunu iddia etməklə bədbəxt görkəm alaraq, göz yaşı içində onlardan imdad diləyirlər.

Erməni tərəfi bu cür yalan və əsassız məlumatları yaymaqla beynəlxalq təşkilatların nümayəndələrini, dünya ictimaiyyətini çaşdıraraq törətmək istədikləri təxribatlara zəmin yaratmaq məqsədi güdürlər.