İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

TEAS Dağlıq Qarabağ münaqişəsi qurbanlarının problemlərini Britaniya parlamentinin diqqətinə çatdırır

TEAS Dağlıq Qarabağ münaqişəsi qurbanlarının problemlərini Britaniya parlamentinin diqqətinə çatdırır

10.06.2014

“Many Happy Returns” (MHR) kampaniyasının veb-saytı (www. manyhappyreturnsidp.com) Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) nəzərəçarpan layihələrindən biridir.

Cəmiyyətdən APA-ya verilən xəbərə görə, davamlı şəkildə fəaliyyət göstərən bu yeni internet layihəsinə uyğun olaraq Böyük Britaniya parlamentinin hər bir üzvünə ad günü münasibətilə təbrik açıqcası göndərilir. Hər bir açıqcada 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkününün hər birinin şəxsi mesajı yer alıb.

Açıqçalar insanların öz doğma yurd-yuvalarına qayıtmaq istəyini bildirən “Many Happy Returns” adlı adi ingilis təbrikləridir. Hər bir açıqcada tanınmış alman fotoqrafı Filip Ratmer tərəfindən üç düşərgədə çəkilmiş məcburi köçkünün fotoşəkli yerləşdirilib.

Açıqca sahibləri MHR veb-saytında münaqişənin tarixi haqqında informasiyanı qrafik hekayə şəklində əldə edə və öz dəstəyini bildirə bilərlər. Həmçinin, onlar erməni təcavüzü barəsində müxtəlif ictimai xadimlərin də fikrini öyrənə bilərlər. Bu layihə TEAS-ın bütün Avropa nümayəndəliklərində də fəaliyyətdə olacaq.