İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Kanada paytaxtında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş məlumat lövhəsinin açılış mərasimi keçirilib

Kanada paytaxtında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş məlumat lövhəsinin açılış mərasimi keçirilib

10.06.2014

Kanadanın paytaxtı Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş ağacın və məlumat lövhəsinin açılış mərasimi keçirilib.

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan icmasının fəallarından olan Yaşar Muğan ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Mübariz İbrahimov haqqında iştirakçılara məlumat vermiş və şəhid Mübariz İbrahimovun qəhrəmanlığının gənclərimiz üçün gözəl örnək olduğunu diqqətə çatdırıb.

Mərasimdə Azərbaycanın Kanadadakı səfirliyinin əməkdaşları da iştirak edib.