İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dövlət Komissiyası: Hərbiçilərin meyitləri qaytarılıb

Dövlət Komissiyası: Hərbiçilərin meyitləri qaytarılıb

10.04.2016

Trend:

Aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş qarşılıqlı razılaşmaya uyğun olaraq, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri 2016-cı il 10 aprel tarixində qoşunların qaytarılmışdır.

Trend-in məlumatına görə, bu barədə AZƏRTAC-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Məlumatda bildirilir ki, proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilmişdir. Proses zamanı qarşı tərəf atəşkəs rejimini pozmuşdur.

Müvafiq prosedurlar başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir.