İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

BQXK həlak olan hərbiçilərin meyitlərinin geri qaytarılmasında yardımçı olur

BQXK həlak olan hərbiçilərin meyitlərinin geri qaytarılmasında yardımçı olur

10.04.2016

Trend:

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) təmas xəttində, Dağlıq Qarabağ münaqişəsinin son gərginləşməsi zamanı həlak olanların meyitlərinin öz tərəflərinə təhvil verilməsinə yardımçı olub.

Trend-ə BQXK-dan verilən məlumata əsasən, komitənin dəstək verdiyi 8 və 9 aprel tarixlərində keçirilmiş əvvəlki əməliyyatlar nəticəsində tərəflər, meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirib. Əməliyyatlar tərəflərin razılaşması və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin Şəxsi Nümayəndəsi ilə koordinasiya olunmaqla həyata keçirilib.

"Bizim əsas prioritetimiz itkin əzizlərinin taleyindən hələ də xəbərsiz qalan ailələrə köməkdir." BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial bildirib. "Tərəflər üçün də ailələrə cavab vermək üçün meyitlərin qaytarılması vacib idi."

BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri regionda fəaliyyət göstərir. Münaqişənin 2 aprel tarixində başlayan gərginləşməsindən sonra BQXK, humanitar ehtiyacları qarşılamaq üçün tərəflər arasında neytral vasitəçi olmaq xidmətlərini təklif edib.